SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhərində hündürmərtəbəli yaşayış binasından velosiped oğurlanıb.

Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətt"inə daxil olub.

Məlumata görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, binadan velosipedin oğurlanması təhlükəsizlik kameralarına düşüb.

Vətəndaşların sözlərinə görə, sözügedən ərazidə bu cür hal ikinci dəfədir təkrarlanır.

Qeyd olunur ki, oğurluq əməlini eyni şəxs törədir.

Görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO