SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda sərnişin avtobusları yarışa çıxıb.

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Videodan aydın görünür ki, sürücülər ya mənzil başına tez çatmaq, ya da digər səbəblərdən bir-biriləri ilə yarışa giriblər. Onların bu hərəkəti həm özlərinin, həm də sərnişinlər və digər hərəkət iştirakçılarının həyatını ciddi riskə atır. 

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi polis mayoru Araz Əsgərli BAKU.WS-ə bildirib ki, həmin görüntülər nəzarətə götürülüb və araşdırma nəticəsində sürücülərin kimliyi müəyyənləşdirilib:

“Artıq sürücülərdən biri saxlanılıb və barəsində toplanılmış materiallar Nizami Rayon Məhkəməsinə təqdim edilib. Nizami Rayon Məhkəməsinin qərarı ilə sürücü Xanı Quliyev İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə təqsirli bilinib və 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 500 manat məbləğində cərimə edilib”.

Sözügedən görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO