SİZİN REKLAM BURADA!
055 213 76 73


Goranboyda polis əməkdaşı qəzada vəfat edib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Zeyvə kəndi ərazisində qeydə alınıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Zeyvə kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub:

"Dərhal Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Rəşad Məhərrəmov idarə etdiyi "Opel" markalı avtomobil ilə idarə etməni itirmiş və nəticədə avtomobil aşmışdır. Qəza nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alıb, sərnişin - Goranboy Rayon Polis Şöbəsinin əməkdaşı, polis baş serjantı, 1996-cı il təvəllüdlü Yusif İbrahimli isə ölmüşdür".

Faktla bağlı araşdırmalar davam etdirilir.

BAKU.WS