SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda banklardan birinin filialından külli miqdarda pul oğurlanıb. Belə ki, müştərilərdən birinin depoziti oğurlanıb.

BAKU.WS xəbər verir ki, ötən gün banka daxil olan şəxs depozit otağına daxil olaraq başqasına məxsus pulları götürüb.

Oğurlanan pulun ümumi həcmi 370 min AZN təşkil edib. Xətai rayonu ərazisində yerləşən bankın filialına müştəri kimi daxil olan şəxs hələlik məlum olmayan üsulla digər müştəriyə məxsus seyfi açaraq oradan 316 min manat və 32 min ABŞ dolları dəyərində depoziti oğurlayıb. Otaqda təhlükəsizlik kamerası olmadığından oğurluq bank işçilərinin maliyyə aparması zamanı üzə çıxıb.

Qeyd edək ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində bankların birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulub.

BAKU.WS