SİZİN REKLAM BURADA!
055 213 76 73


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC barəsində cinayət işi açılan Binəqədi rayon 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri barədə yayılan xəbərlərə aydınlıq gətirib.

BAKU.WS-in məlumatına görə, qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova oxu.az-a bildirib ki, MMC Gülnarə Xəlilovanın mənimsəmə faktı ilə bağlı 14.04.2022-ci il tarixində Baş Prokurorluğa müraciət edib:

“Onun mənimsəmə etməsi bizim tərəfimizdən aşkarlanıb. Məsələ barədə Baş Prokurorluğa müraciət edilib. Mənimsənilən 16 559 AZN və 4 500 ABŞ dollarıdır”.

***09:35

Barəsində cinayət işi açılan Binəqədi rayon 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri Gülnarə Xəlilova Rusiyada tutulub.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, İnterpol vasitəsilə beynəlxalq axtarışa verilmiş 1960-cı il təvəllüdlü G.Xəlilova Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Onun Azərbaycana ekstradisiyası istiqamətində iş aparılır.

Qeyd edək ki, ötən ilin mayında Baş Prokurorluq Gülnarə Xəlilova barəsində məlumat yayıb.

Bildirilib ki, sözügedən şöbənin sabiq müdiri G.Xəlilova 5 ay ərzində xəzinədən 24 150 manat mənimsəyib. Onun barəsində Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə və ya israf etmə) maddəsi ilə iş başlanılıb.

BAKU.WS