SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bir neçə gündür ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. İki gündür aramsız yağan yağış isə paytaxtın bir sıra küçə və prospektlərində həm su gölməçələrinin yaranmasına, həm də nəqliyyatın sıxlığına səbəb olub.


"Qafqazinfo" xəbər verir ki, həmin küçələrdən biri də Zabrat qəsəbəsində yerləşir. Artıq səhər saatlarından küçələrin sudan təmizlənməsi istiqamətində işə başlanılıb. İşə icra nümayəndələri ilə yanaşı Sabunçu rayon 15-ci polis bölməsinin əməkdaşları da cəlb olunub. Onlar su çəkən maşınlarla qəsəbəyə dönən yollardakı mərkəzi küçələri təmizləməyə başlayıblar.


Artıq hadisə yerinə digər qurumların əməkdaşları da gəlib.


Hadisə yerindən fotoları təqdim edirik:


BAKU.WS