SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Tiflisdən Bakıya hərəkət edən sərnişin qatarı qəzaya uğrayıb. 

BAKU.WS xəbər verir ki, qatarın 4 vaqonu relsdən çıxaraq aşıb. "Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidməti hadisənin baş verməsini təsdiqləyib. Qurumun mətbuat xidmətindən bildirilib ki, qəzanın baş verməsinə səbəb hava şəraiti ilə bağlıdır: "Qəza nəticəsində 4 vaqon relsdən çıxıb və hərəkətin bərpası üçün müvafiq addımlar atılır”.

Hadisə nəticəsində həmin istiqamətdə bütün hərəkət dayanıb, dəmiryol xəttində isə ciddi problem yaranıb./Publika.az/
 
BAKU.WS