SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 8 yaşlı ögey qızına qarşı zor tətbiq etməklə seksual hərəkətlər törətməkdə təqsirləndirilən 1980-ci il təvəllüdlü Pakistan vətəndaşı Tanver Muhammed Batonun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

BAKU.WS Qafqazinfo-ya istinadən xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə ögey qızını zorlayan M.Baton 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il Maştağa qəsəbəsində baş verib. M.Baton azərbaycanlı qadınla qeyri-rəsmi formada birgə yaşayıb və qadının birinci ərindən olan qızını uzun müddət mütəmadi olaraq zorlayıb.
 
BAKU.WS