SİZİN REKLAM BURADA!
055 213 76 73


Nəsimi rayonu ərazisində baş vermiş qətl hadisəsi ilə bağlı Orxan Zeynalov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub.

BAKU.WS xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.

***09:18

Martın 16-da saat 3 radələrində 1988-ci il təvəllüdlü Cəsarət Vəliyevin 1 saylı Kliniki Tibbi Mərkəzdə ölməsi barədə Nəsimi Rayon Prokurorluğuna məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, bu barədə Nəsimi Rayon Prokurorluğundan bildirilib.

İlkin araşdırma zamanı Cəsarət Vəliyevin tanışı ilə birgə “20 Yanvar” metro stansiyasının yaxınlığında yerləşən restoranlardan birində yemək yeyərkən musiqi sifariş etməyə görə qonşu masada əyləşən şəxslərlə aralarında yaranmış mübahisə zamanı bıçaq xəsarəti alması və həmin xəsarət nəticəsində xəstəxanada ölməsinə, eləcə də 1994-cü il təvəllüdlü Camal Həsənovun xəsarət almasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq) maddələri cinayət işi başlanıb.

Cinayəti törətməkdə şübhəli bilinən şəxsin və ya şəxslərin müəyyən edilməsi üçün prokurorluq və daxili işlər orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən zəruri tədbirlər həyata keçirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcək.

BAKU.WS