SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyadan Azərbaycana gətirilən şokoladlı konfetdə kif-maya göbələkləri aşkarlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

Nəzarət tədbirləri çərçivəsində “Dalamana” MMC-nin Rusiyadan idxal etdiyi (26.12.2022-26.06.2023-cü il istehsal və son istifadə tarixli) “Kf Elbrus-K” şirkətinin istehsalı olan, ümumi çəkisi 220 kq “Feydra” adlı şokoladlı konfet məhsuluna Agentliyin müfəttişləri tərəfindən keçirilən baxış zamanı götürülən nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında kif-maya göbələklərinin miqdarının normadan artıq olduğu aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsulların məhv edilməsinə dair müvafiq qərar qəbul olunub, məhsul partiyası məhv edilib.

BAKU.WS