SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakıda mənzillərin birində oğurluq olub.


Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, hadisə iyulun 26-da saat 23:30 radələrində A.Gəraybəyli küçəsində 1968-ci il təvəllüdlü Şəhla Əhmədovanın mənzilində baş verib. Mənzilə açatseçmə yolu ilə daxil olaraq, oradan 40.000 manat, 20.000 ABŞ dollar və 50.000 manat dəyərində qızıl-zinət əşyaları olan seyf oğurlanıb.

Nərimanov rayon Polis İdarəsi CAŞ və 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 1990-cı il təvəllüdlü Elnur Rasim oğlu Əliyev tutulub.

Araşdırmalar zamanı məlum olub ki, Elnur Əliyev Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə 28 iyul 2015-ci il tarixdən Tərtər rayon polis şöbəsi tərəfindən axtarışda olub.

Faktla bağlı araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS