SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Sumqayıt şəhər sakini bacısını qətlə yetirib. Bu barədə şəhər prokurorluğundan məlumat verilib.

Məlumata görə, şəhərin "Saray bağları” ərazisində yaşayan 1992-ci il təvəllüdlü Şahbazov Pərviz İsmayıl oğlu bacısı 22 yaşlı Zümrüd Soltanovanı bıçaqla qətlə yetirib.

Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. ("Report”)
 
BAKU.WS