Azərbaycanda yol polisinin daha bir maraqlı hərəkəti təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
 
Avtosfer.az-a daxil olan həmin görüntülər Bakı-Quba yolunun 47-ci km-də qeydə alınıb. Əldə etdiyimiz məlumata görə, ərazidə xidmət aparan Baş DYP İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci tağımının əməkdaşları sürətli yoldan keçmək istəyərkən ayırıcı zolağın içərisində qalan uşağı görüb ona kömək edirlər. Kadrlardan da göründüyü kimi, uşaq təhlükəli ərazidən yolu keçir. O, dəmir ayırıcılardan birini keçə bilsə də, ikincidən keçə bilmir.
 
Dəmirlərin arasında bir neçə dəqiqə gözlədikdən sonra yoldan keçən DYP avtomobilində xidmət aparan inspektor onu görərək avtomaşını saxlayır. İnspektor uşağı dəmir arakəsmələrin arasından çıxararaq yolu keçməsinə kömək edir. Uşağın yolu keçdiyinə əmin olduqdan sonra isə özü yoluna davam edir.

Həmin görüntüləri təqdim edirik:
 
BAKU.WS