VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Lənkəranda dayı onu söyən bacısı oğlunu döyərək xəstəxanalıq edib.

ARB Cənub xəbər verir ki, hadisə rayonun Kərgəlan kəndində qeydə alınıb. Kənd sakini Fərrux Rəhman oğlu İsmayılov bacısı oğlu, əqli çatışmazlığı olan 51 yaşlı Müqəddəs Mirzə oğlu İbadovu döyüb.

Zərərçəkmişin xəsarətləri ciddi olduğundan Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İlkin müyainə zamanı Müqəddəsin üz, burun, və  bel nahiyələrindən xəsarət aldığı müəyyən edilib. Müqəddəs İbadovun qardaşı Ələşrəf İbadov hadisənin örüş sahəsinə baş verdiyini bildirib.

Belə ki, əqli cəhətdən qusurlu olan Müqəddəs iribuynuzlu mal-qaranı evə gətirərkən dayısıyla rastlaşıb. Onlar arasında düşən mübahisəyə səbəb bacıoğlunun dayısını söyməsi olub. Buna dözə bilməyən dayı bacısı oğlunu döyərək xəstəxanalıq edib. Artıq zərərçəkmişin qardaşı hadisə barədə rayonun hüquq-mühafizə orqanlarına məlumat verib.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
 
BAKU.WS