SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Hacıqabul rayonunda təhsil işçiləri pambıq yığımına cəlb edilib

BAKU.WS-in məlumatına görə, bu barədə Ölkə.Az-a Hacıqabul rayon təhsil şöbəsinin müdir müavini Balaxanım Ələskərova məlumat verib:

"Hazırda təhsil ilinin ən çətin dövrüdür. Eyni zamanda rayonumuzda pambıq yığımı başlayıb. İşçilərimizin bir qismi pambıq yığımına cəlb edilib".

Qeyd edək ki, mətbuatda sözügedən rayonun təhsil idarəçiyi ilə bağlı tez-tez neqativ materiallar dərc edilir. Bir müddət əvvəl də rayonun Talış kəndində məktəb direktorunun rüşvət videosu yayılmışdı.
 
BAKU.WS