VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Həkimlərin yanlış diaqnozuna görə uşaq ölümcül vəziyyətə düşüb.

Hadisə Yevlaxda olub. Səmədovlar ailəsinın 4 yaşlı övladı Amin həyətdə velosiped sürərkən yıxılıb. Babası Elbrus Səmədov onu Mingəçevirdə həkimə aparıb. Həmin vaxt orada uşaq həkimi olmadıgına görə xəstəxananın nevropotoloq həkimi Eldar İsayev Amini müayinə edib.

BAKU.WS xezerxeber.com-a istinadən bildirir ki, ailə üzvləri deyir ki, bir neçə gün sonra uşağın bədənində qızartılar əmələ gəlib. Bu dəfə baba uşağı Mingəçevir şəhər uşaq xəstəxanasına aparıb. Famil adlı uşaq həkiminin yazdıgı dərmanlar isə Amini lap pis vəziyyətə salıb.

Bir neçə saatdan sonra uşagın agzından bədənindən çirk axmaga başlayıb. Mərkəzi xəstəxananın həkimləri çıxılmaz vəziyyətdə qalıb və Bakıya göndəriş verilib.

Uşağa ilk dərmanlar yazan həkim Eldar İsayev iddialarla razılaşmır. Onun dediyinə görə, Bakıdakı həkimlərlə də əlaqə saxlayıb, səbəblərini araşdırıb.

Amin Səmədli Bakıda müalicə aldıqdan sonra onun vəziyyəti normallaşmağa başlayıb.

BAKU.WS