SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakı metrosunda qadın sərnişin yıxılaraq xəsarət alıb.

Report-a istinadən bldirir ki, hadisə metronun "Nəriman Nərimanov" stansiyasında qeydə alınıb. Məlumata görə, 1983-cü il təvəllüdlü Şəbnəm Məmmədova stansiyanın çıxışında yerləşən pilləkəndan ehtiyatsızlıq nəticəsində yıxılaraq kəllə-beyin travması alıb.

Ş.Məmmədova təcili tibbi yardım maşını vasitəsilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti orta-ağırdır.
 
BAKU.WS