SİZİN REKLAM BURADA!
055 213 76 73


Fevralın 6-da Türkiyəni sarsıdan dəhşətli zəlzələnin baş vermə anını əks etdirən video ortaya çıxıb.

BAKU.WS xəbər verir ki, yeni yayılan görüntülərdən də göründüyü kimi insanlar dağılan binadan qaçmağa çalışırlar. Onların gözü qabağında divarlar uçur, yer titrəyir. İzləməsi belə vahimə yaradan görüntüləri yaşayan insanların həmin anda necə qorxu keçirdiklərini başa düşmək elə də çətin deyil.

Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 31 974 nəfərə çatıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

Tİkililərdən birində baş verən zəlzələ anbaan müşahidə kamerasına düşüb.

Həmin görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO

QALEREYA