SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Sankt-Peterburq şəhərinin Vıborq rayonunda baş verən münaqişə zamanı iki Azərbaycan vətəndaşı bıçaqlanıb.

BAKU.WS Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə onların 3 naməlum şəxslə münaqişəsi zamanı baş verib.

Belə ki, bir nəfər bıçaq çıxararaq azərbaycanlıların birini sinəsindən, digərini isə qarnından yaralayıb.

29 və 33 yaşlı yaralılar xəstəxanaya aparılıb. Onlardan biri reanimasiyaya yerləşdirilib.

İddialara görə mübahisəyə səbəb avtomobili park etmək olub.

Qeyd edilir ki, hücum edənlər "Mercedes-Benz" markalı avtomobillə hadisə yerindən qaçıblar.

BAKU.WS