SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sumqayıtda Dövlət Yol Polisinin binası qarşısında intihara cəhd hadisəsi baş verib.
 
Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, otyabrın 6-da saat 17 radələrində Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində Sumqayıt ŞPİ DYPŞ-nin inzibati binasının yaxınlığında Abşeron rayonunun Pirəkəşkül qəsəbə sakini Cəmil Məmmədov intihar məqsədilə benzinlə özünü yandırıb. Qol və sinə nahiyəsindən yanıq xəsarətləri almış C.Məmmədov xəstəxanaya yerləşdirilib.

İlkin araşdırmalar zamanı C.Məmmədovun sürücülük vəsiqəsinin olmaması, idarə etdiyi "NAZ Lifan” markalı avtomobilində görünüş dairəsini məhdudlaşdıran əlavə avadanlığın quraşdırılması və barəsində tərtib olunmuş 463 ədəd elektron protokola əsasən 43.000 manat məbləğində cəriməsinin olması müəyyən edilib, avtomobil bu səbəbdən Sumqayıt ŞPİ DYPŞ-nin müvəqqəti duracağına yerləşdirilib.
 
BAKU.WS