VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Sumqayıtda mağazadan oğurluq hadisəsi baş verib. 
 
BAKU.WS-in məlumatına görə, kameraya düşən görüntülərdə gənc qadının karandaş və güzgü oğurladığı açıq-aydın görünür.
 
Əvvəlcə ətrafa baxan qadın satıcıların başının qarışıq olduğunu görüb ona lazım olan əşyaları rahatlıqla götürüb. Daha sonra kassaya yaxınlaşmaq əvəzinə qapının yolunu tutan qadın mağazadan uzaqlaşıb.
 
Analoji hadisə Sumqayıtda başqa bir mağazada da qeydə alınıb.
 
Sözügedən görüntüləri oxucularımıza təqdim edirik:

Nazim Babayev
BAKU.WS