SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Zeynəb Dostəliyeva Səngəçalda yerləşən qəbiristanlıqda dəfn edilib. 

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, sənətçi atasının və oğlunun məzarlarının yanında torpağa tapşırılıb.

*** 11:17

Müğənni Zeynəb Dostəliyeva ötən gün gecə saatlarında vəfat edib.

BAKU.WS xəbər verir ki, hazırda sənətçinin bacısı Xalq artisti Nazpəri Dostəliyevanın evində mərhumla vida mərasimi keçirilir. Məclisdə Zeynəbin ailə üzvləri, yaxınları və tanınmış sənət dostları yer alıblar. 

Xatırladaq ki, Zeynəb Dostəliyeva fevralın 1-də təcili olaraq xəstəxanaya yerləşdirilib.

O, son bir neçə ildir böyrəklərindən və qaraciyərindən şikayətlənirmiş. Qripə yoluxduğundan səhhəti daha da ağırlaşmışdı. Bu barədə sənətçinin bacısı, Xalq artisti Nazpəri Dostəliyeva "Günün sədası" proqramında məlumat verib.

BAKU.WS
QALEREYA