SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda yol qəzasında polis xəsarət alıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 17 radələrində paytaxtın Nizami rayonunda “Rang-Rover” markalı avtomobillə “Opel” markalı maşın toqquşub. Nəticədə “Opel” markalı avtomobilin sərnişini olan polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

BAKU.WS