SİZİN REKLAM BURADA!
055 213 76 73


  

Bu gün Bakı-Sumqayıt yolundakı dəhşətli qəzada ölənlərdən birinin tələbə olduğu məlum olub.

BAKU.WS-in "Qafqazinfo”ya istinadla verdiyi məlumata görə, bu barədə onun yaxınları məlumat veriblər. Qəzada həlak olan Masallı rayon sakini Amil Abdullayev "Embawood” şirkətinin işçisi olub. Evin tək oğlu olan Amil bir müddət öncə atasını da itiribmiş. A.Abdullayev həm də tələbə olub, xaricdə təhsil alırmış.

Qəzada ölən digər sərnişin Cəfərov Elnurun yaxınları isə bildiriblər ki, o, 25 gün əvvəl qız atası olub. 

Qeyd edək ki, Elnur da həmyerlisi Amil kimi atasını itirib. O, doğulduğu Masallı rayonunda dəfn olunacaq.
 
BAKU.WS