VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda daha bir "müasir" dələduz ortaya çıxıb.
 
BAKU.WS-in məlumatına görə, redaksiyamıza müraciət edən izləyicilər Instagramda bir səhifənin satışa çıxarıldığını və bu yolla insanların aldadıldığını bildirib.
 
Belə ki, səhifəni dəyərindən aşağı qiymətə - 70 AZN-ə satan istifadəçi insanları şirnikləndirir və pulunu alır. Eyni aqibət Aydın Səfərli adlı izləyicimizin də başına gəlib. Onun sözlərinə görə, səhifəni satdığını iddia edən şəxs poçt yolu ilə pulu alır və daha sonra yoxa çıxır:  
 
"Bu hadisə 10 sentyabr tarixində olub. Özüm özəl bir şirkətdə işləyirəm. Əlavə gəlir yeri kimi İnstagram-dan istifadə etməyə qərar verdim. Normal bir kütləyə sahib olan səhifə alıb online satış etmək fikrim var idi. Səhifə axtarırdım və bu səhifə qarşıma çıxdı. İnstagramda həmin şəxslə yazışdım, sonra WhatsApp-da davam etdik. Yazıda gördüyünüz kimi pulu göndərib yazmışam. 30 - 40 dəqiqə məni məşğul elədi və bu müddətə pulu gedib götürübmüş. Poçtdan çox uzaqlaşmamışdım. Məni blok edəndən sonra qayıtdım ki, pulu göndərməkdən imtina edim. Amma artıq pulun alındığını öyrəndim".
 

  

Şikayətçinin sözlərinə görə, daha sonra nə qədər cəhd etsə də səhifəni satan şəxslə əlaqə saxlaya bilməyib. Polisə müraciət edən Aydına faktla bağlı araşdırma aparıldığı bildirilib. 
 

 

 


 

 

BAKU.WS əməkdaşı da məsələni dəqiqləşdirmək üçün həmin səhifəyə yazıb. Səhifəni idarə edən admin eyni cavabları əməkdaşımıza da verib. Onun haqqında şikayətlər olduğu haqqında məlumat verilsə də səhifə admini bunlara əhəmiyyət vermədiyini bildirib. 
 

 

 

 

 

Qeyd edək ki, son günlər internetdə bu cür dələduzluq halları artıb. Daha çox insanın zərər çəkməməsi üçün bu məlumatları maksimum dərəcədə paylaşmaq lazımdır. 
 
Nazim Babayev
BAKU.WS