VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Naxçıvan şəhər və Şahbuz rayonu ərazilərində məişət əşyalarını aldatma yolu ilə dəyərindən baha qiymətə lotoreya uduşu adı altında satmağa çalışan şəxslər müəyyən edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən bildirilib.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Şamaxı rayon sakinləri - Səfər Əsədov və Namiq Əsədov saxlanılaraq məhsuliyətə cəlb ediliblər.

Araşdırmalarda onların həmin ərazilərdə tanımadıqları həyətlərə girərək əsasən də qadınlara lotereya uduşu adı ilə 30-50 manatlıq məişət əşyalarını 100-500 manata satdıqları aşkarlanıb.

"Onların əməllərindən zərər çəkən başqa şəxslər varsa, polisə müraciət etmələri tövsiyyə olunur", - məlumatda qeyd olunub.

Faktla bağlı araşdırmalar davam edir.

BAKU.WS
QALEREYA