VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dünən axşam saatlarında Bakı bulvarında gənc oğlan intihar etmək istəyib.


BAKU.WS
-in məlumatına görə, axşam saatlarında Dənizkənarı Milli Parkın ərazisində Lerik rayon sakini 25 yaşlı adı Həmid olduğu deyilən gənc özünü dənizə atıb. Ətrafda olan insanlar tez onu çıxarıblar.

Araşdırmalar zamanı məlum olub ki, gənc nakam sevgisi üzündən özünü öldürmək istəyirmir. Demə Həmid uzun zamandır özündən 2 yaş kiçik xanıma vurulub.


Həmin qız onun rayonda qonşusu olub. Sonradan Bakıya oxumağa gəlib. Qızla əvvəllər sevgili olsa da, şəhərə gələndən sonra qız Həmiddən ayrılmaq istəyib. Ayrılmağın səbəbini isə deməyib.

Qızla görüşüb, onunla münasibətlərə aydınlıq gətirmək istəyən Həmid Bakıya gəlib. Qızın oxuduğu Pedoqoji Kollecə gedib. Dərsdən sonra keçmiş sevgilisini bahalı avtomobilə mindiyi görən Həmid məsələnin nə yerdə olduğunu bilib.

Həmid öyrənib ki, küçmiş sevgilisi imkanlı şəxsə nişanlanıb. Lakin bunu gizlin saxladıqları üçün onun xəbəri olmayıb.

Həmid də sevgilisindən ayrılmağın səbəbini imkansız olmasında görür. O, artıq yaşamaq istəmədiyini bildirib.

Ölümdən xilas edilən Həmidlə psixoloji söhbətlər aparılıb və onu rayona yola salıblar.

Ziya Səccad
BAKU.WS