Dünən bir neçə nəfər Xəzər dənizində çimərkən boğulub.

BAKU.WS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, onlardan ikisinin də kimliyi bilinib.

Avqustun 4-də Sumqayıt şəhər çimərliyində Bakı şəhər sakini Səbinə Məmmədli çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb.

Daha bir bədbəxt hadisə isə Sabunçu rayonunda baş verib. Pirşağı çimərliyində Bakı şəhər sakini Mahir Əlizadə dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb.

Ziya Səccad
BAKU.WS