SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəmkirdə yol qəzası baş verib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan qoşqulu yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü - Türkiyə vətəndaşı, 1961-ci il təvəllüdlü Ali Mendi Zayiroğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS