SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün saat 07.55-də Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarı Baş Keşlə - Bakı yük mənzilinin 2656-cı kilometrindən keçərkən hadisə baş verib.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun BAKU.WS-ə verdiyi məlumata görə, Bakı şəhəri Keşlə qəsəbə sakini, Aşıq Qərib küçəsi ev 33 ünvanında yaşayan, 1964-cü il təvəllüdlü Qətibə İsmayıl qızı Abdullayeva qatarın çatmasına 15-20 metr qalmış qəfildən dəmir yolu xəttinin üzərinə uzanaraq intihar edib.

İlkin məlumata görə mərhum Q. Abdullayevanın ruhi xəstə olduğu bildirilir.

Elektrik qatarının müşahidə kamerası ilə hadisə vaxtı qeydə alınan görüntülər hüquq-mühafizə orqanlarına təqdim edilmişdir.

Elektrik qatarı 27 dəqiqə gecikmə ilə Bakı-sərnişin stansiyasına daxıl olub.

Ziya Səccad
BAKU.WS