SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda yanğın qeydə alınıb.

BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, dünən Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 17 m2 sahədə yanmış, yüksək temperaturdan eyvanın plastik pəncərələri qarsalanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə edilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 17:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.