SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, qəza hadisəsi yolun Binəqədi rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan "KIA" markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi aşaraq beton maneəyə çırpılıb.

Qəza nəticəsində sürücü xəsarət alıb.

Əraziyə təcili yardım və polis əməkdaşları cəlb edilib.

Yaralı təcili yardım maşını ilə xəstəxanaya yerləşdirilib.

Qəza səbəbindən sözügedən ərazidə tıxac yaranıb.

Hadisənin təfərrüatı araşdırılır.

BAKU.WS
QALEREYA