SİZİN REKLAM BURADA!
055 213 76 73


“Bakı Metropoliteni” QSC maşinistin qatar idarə edərkən ölməsilə bağlı məlumat yayıb.

BAKU.WS xəbər verir ki, maşinist köməkçisinin dispetçerə məlumatı əsasında dərhal təcili tibbi yardım dəvət edilib. Aidiyyəti strukturlara və maşinistin ailəsinə məlumat verilib:

"Metropolitenin gecə iş rejimi ilə bağlı hər hansısa problem yaşanmayıb. Hazırda məsələ ilə bağlı aidiyyəti strukturlar müvafiq iş aparır".

***09:14

Bakı metrosunda maşinist qatar idarə edərkən ölüb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, “Bakı Metropoliteni” QSC-də motovoz maşinisti işləyən 1958-ci il təvəllüdlü Kərimli Aydın Yusif oğlu “Avtovağzal metrostansiyası”nda təsərrüfat qatarını idarə edən zaman qəfildən halı pisləşərək ölüb.

BAKU.WS