Bakı-Sumqayıt yolundakı qəzada yaralıların sayı 11 nəfər olub.

BAKU.WS
-in məlumatına görə, yaralılardan 10-u Sumqayıt şəhər Təcili və Tibbi Yardım Xəstəxanasına, biri isə Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan yaralı 56 yaşlı Elza Huseynovadır. Sumqayıt xəstəxanasına yerləşdirilən yaralılardan biri Ofeliya Məmmədova dünyasını dəyişib.

Yaralıların bəzilərinin kimliyi məlum olub. Lakin xəsarət alanlardan bir-neçəsinin kimliyi hələlik məlum deyil. Yaralılar Baloğlan Ağakişiyev, Rövşən Cavadov, Rəşad Əhmədov, Əsmər Məmmədova, İbadət Allahverdiyev, Ofelya Məmmədova, Asif Paşabəyovdur.


Qəzada ölənlərdən biri 1987-ci il təvəllüdlü Amin Abdullayevdir. Digər ölənin kimliyi isə hələ müəyyən edilməyib.

Ziya Səccad
BAKU.WS