SİZİN REKLAM BURADA!
055 213 76 73


Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, bu gün saat 19 radələrində Zaqatala şəhəri ərazisində Fərid Səmədov idarə etdiyi "VAZ-21015" markalı avtomobillə yolu keçən piyada, 1968-ci il təvəllüdlü rayon sakini Güləsər Əliyevanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS