SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Sabunçu rayonunda ağır yol qəzası olub, bir nəfər ölüb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1986-ci il təvəllüdlü Orucov Firdovsi Teymur oğlunun idarə etdiyi “Opel” markalı avtomobillə “KİA” toqquşub.

İdarəetmədən çıxan “Opel” yol kənarında dayanan orta yaşlı kişiyə dəyib.

Daha sonra F.Orucovun maşını “Nissan” markalı nəqliyyat vasitəsinə dəyərək dayanıb.

Qəza nəticəsində yol kənarında dayanan piyada hadisə yerində ölüb.

F.Orucov və “KİA” markalı avtomobilin sərnişini, 1991-ci il təvəllüdlü Bayramlı Məhəmməd Süleyman oğlu ağır bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

BAKU.WS
QALEREYA