SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Çilidə 8,3 bal gücündə zəlzələ qeydə alınıb.
 
BAKU.WS-in məlumatına görə, təkanlar nəticəsində ilkin olaraq 5 nəfərin öldüyü bildirilib. Amerika Geoloji Araşdırmalar Mərkəzi zəlzələnin 25 kilometr dərinlikdə meydana gəldiyini açıqlayıb. 
 
Cənubi Amerikanın bir çox ölkəsində hiss edilən zəlzələnin ardında kiçik sunami dalğaları Çili sahillərinə çatıb. Rəsmilər əhalini sahildən uzaq durmağa çağırıb və insanları təhlükə olan yerlərdən təxliyə etməyə başlayıb. Çilinin Coquimbo qəsəbəsində sunaminin 4,5 metrə çatdığı bildirilir. 

Çili Daxili İşlər Nazirliyinin yaydığı son məlumatlara görə, zəlzələ nəticəsində 1 milyon insan evakuasiya edilib. Bir çox binanın ziyan gördüyü zəlzələdə onlarla adam da yaralanıb. Bir nəfərin isə itkin düşdüyü elan edilib. 
 
BAKU.WS 8,3 bal gücündəki zəlzələnin görüntülərini təqdim edir:
 
ŞAHİN Həbibov
BAKU.WS