SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Türkiyənin antiterror polisinin keçirdiyi əməliyyat zamanı bu ölkə ərazisində İŞİD terror təşkilatına mənsub olan daha 5 Azərbaycan vətəndaşı həbs edilib.
 
Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, əməliyyat Yalova bölgəsinin Çiftlikköy qəsəbəsində keçirilib. Antiterror polisləri qəsəbənin Sahil məhəlləsi, Manolya küçəsində yerləşən evə basqın edərək İŞİD-çiləri həbs ediblər. Onlar polis bölməsində dindirildikdən sonra deportasiya ediliblər.

Xatırladaq ki, bundan əvvəl də İstanbulda və Qaziantepdə keçirilən əməliyyatlarda İŞİD-ə qoşulmuş bir qrup Azərbaycan vətəndaşı həbs edilib. Azərbaycan qanunvericiliyinə görə İŞİD və digər terror təşkilatlarının sıralarına qoşulanları 20 ilə qədər həbs gözləyir.
 
BAKU.WS