SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün 7-ci mikrorayon, yataqxana adlanan ərazidə yerləşən binada alovlanma baş verib.

Bu barədə BAKU.WS-ə verilən məlumata görə, hadisə binanın naqillərində qeydə alınıb. 

Məlumata görə, əraziyə Fönqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib və qısa zamanda yanğın söndürülüb.

İddia edilir ki, hadisə binanın elektrik xətlərində qeydə alınıb. Məsələ ilə bağlı “Azərişıq” ASC Mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, baş verən yanğın binanın elektrik xətlərində baş verməyib:

"Ehtimal edilir ki, alovlanma telefon və ya internet kabellərində qeydə alınıb. “Azərişıq” ASC-nin elektrik naqilləri ağ rəngdə olmur".

Banu Hüseynli
BAKU.WS
VİDEO