VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qax şəhərində kişi qadını şantaj edib.

 

BAKU.WS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qadını əxlaqsız hərəkətlər edərkən videoya çəkdiyini bildiriən kişi ondan pul tələb edib.

Bu barədə qadın polisə şikayət edib. Şikayət əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Qax rayon polis şöbəsi əməkdaşları ilə birgə əməliyyat keçirib.

Həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ucar rayon sakini əvvəllər məhkum olunmuş Elxan Bəkirov Qax şəhər sakini 35 yaşlı A.N barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 1500 manat alarkən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS