SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakıda qadın hündürmərtəbəli binadan yıxılıb ölüb.

BAKU.WS Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə sentyabrın 22-də Yasamal rayonu ərazisində baş verib. Həmin ərazidə yaşayan Nurlanə Qarayeva evlərinin eyvanından (9-cu mərtəbədən) ehtiyatsızlıqdan yıxılıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.
 
BAKU.WS