SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan polisi referendumla əlaqədar sabahdan – sentyabrın 24-dən gücləndirilmiş iş rejiminə keçəcək.

"Report”un xəbərinə görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Ramil Usubov əmr imzalayıb.

Əmrlə, ölkə polisi sentyabrın 24-dən 29-dək gücləndirilmiş iş rejimində işləyəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-na ümumxalq səsverməsi (referendum) təyin edilib.
 
BAKU.WS