SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir ildən çoxdur Ukraynada saxlanılan soydaşlarımız - Misir Qasımlı və Sübhan Quliyevlə bağlı məhkəmə qərarı verilib.

BAKU.WS xəbər verir ki, Ukrayna məhkəməsində Azərbaycan vətəndaşı, Vətən müharibəsi iştirakçısı Misir Qasımlıya və onun dostu Sübhan Quliyevə hökm oxunub.

Silah saxlamaq və xuliqanlıqda təqsirləndirilən Misir Qasımlı və Sübhan Quliyev 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən sonra Misir Qasımlı və Sübhan Quliyev hökmə etiraz ediblər və məhkəmə salonunda gərginlik yaranıb.

Xatırladaq ki, təqsirləndirilən Misir Qasımlı və Sübhan Quliyev milliyətcə erməni olan şəxslər tərəfindən şərləndiklərini iddia edirlər.

Qeyd edək ki, 29 yaşlı Misir Qasımlı Vətən Müharibəsində iştirak edib. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

BAKU.WS
VİDEO