SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İstanbulda yerləşən diskotekalarda polislər tərəfindən aparılan əməliyyat nəticəsində fahişəliklə məşğul olan 40 qadın saxlanılıb. Onlardan 38-i başqa millətdəndir, 20-si isə ailəlidir.

BAKU.WS atv.az-a istinadən bildirir ki, polisə bəzi diskotekalarda xarici vətəndaş olan qadınların pul qarşılığında fahişəlik etdiyinə dair şikayət daxil olub. Bundan sonra bir polis müştəri kimi diskotekaya gedib. Diskotekada qadınların satıldığını görən polis çöldə gözləyən əməkdaşlarına xəbər verib. Gecə yarısı təşkil edilən basqın zamanı 40 qadın saxlanılıb.

Qadınların ifadəsi alınan zaman isə maraqlı faktlar ortaya çıxıb. Demə, fahişəlik edən qadınlardan 20-si ailəli imiş. Başqa millətdən olan qadınlardan bəzilərinin pul qarşılığında evləndiyi, bəzilərininsə hələ də yoldaşı ilə bir yaşadığı məlum olub.

Sorğudan sonra müayinə üçün xəstəxanaya aparılan qadınlardan bəziləri kameralara "çəkməyin, həyat yoldaşım görər", - deyərək üzünü örtməyə çalışıb.