SİZİN REKLAM BURADA!
055 213 76 73



Hindistanın paytaxtı New Delhinin mərkəzi küçəsində hindli bir qadın 26 bıçaq zərbəsi ilə qətlə yetirilib. 

BAKU.WS xəbər verir ki, hadisə onlarla adamın gözü qarşısında baş verib. 34 yaşlı qatil velosipedlə gedən 21 yaşlı müəlliməni saxlayaraq bıçaqlayıb. 

Gənc qadın hərəkətsiz qalana qədər 26 dəfə bıçaq vuran qatil, bununla da kifayətlənməyərək daş parçası ilə başını əzərək hadisə yerini tərk edib.

NDTV-nin xəbərinə görə, həbs olunan 34 yaşlı qatil, öldürdüyü qadının qonşusudur. O, 21 yaşlı müəlliməyə bir neçə ay əvvəl təcavüz etsə də, qızın şikayətinə baxılmayıb. 

ƏLİ
BAKU.WS