SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün "Baku Bus" sürücüsünə hücum edilib.

BAKU.WS-in məlumatına görə, noyabrın 28-i günorta saatlarında 13 nömrəli avtobusun sürücüsü S.Ələsgərov taksi fəaliyyəti ilə məşğul olan N.Cəfərova yolun hərəkət hissəsində sərnişin mindirməklə hərəkətə maneə yaratdığından ona iradlarını bildirərkən N.Cəfərov tərəfindən təhqir olunaraq döyülməsi barədə polis orqanına müraciət edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev BAKU.WSbildirib ki, müraciətlə bağlı tərəflər polis orqanına dəvət olunub və izahatları alınıb.

"Hazırda məsələ ilə bağlı təhqiqat araşdırması aparılır. S.Ələsgərovun aldığı xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün müvafiq ekspertiza təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək", - deyə DİN rəsmisi bildirib.

Natəvan SAHİBQIZI
BAKU.WS
VİDEO