VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda bacı qardaşı bıçaqlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə noyabrın 28-i saat 02:30 radələrində sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, paytaxt sakini, Məmmədova Püstə Əliabbas qızı yaşadıqları evdə qardaşı 1970-ci il təvəllüdlü Məmmədov Atamoğlan Əliabbas oğlunun sol kürək və bel nahiyyəsinə 4 bıçaq xəsarəti yetirib.

Faktla bağlı Sabunçu Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, və Püstə Məmmədova polis əməkdaşları tərəfindən saxlanılıb.

BAKU.WS