SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda sərnişin avtobusu ilə minik avtomobilinin sürücüləri arasında insident baş verib.
 
Lent.az-ın məlumatına görə, 81 saylı xətt üzrə hərəkət edən "Daewoo" markalı avtobusun sürücüsü polisə müraciət edərək bildirib ki, Qaraçuxur qəsəbəsi Alıcanov küçəsində tanımadığı şəxsin hücumuna məruz qalıb. O bildirib ki, minik avtomobilinin sürücüsü yoldakı suyu onun üstünə sıçratdığını irad bildirərək avtobusa zərbələr endirib və sərnişin avtobusunun ön şüşəsi sınıb. 

Araşdırma aparılır.
 
BAKU.WS