VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nəsimi rayonunda ağır yol qəzası qeydə alınıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospekti ilə Salatın Əsgərova küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, Tovuz rayon sakini Abdullayev Racu Malik oğlu idarə etdiyi “KIA” markalı avtomobillə kəsişmədə olarkən “Ford” markalı yük avtomobili ilə toqquşub.

Zərbənin gücündən yük avtomobili Azadlıq prospektində yerləşən işıqfora və binaya çırpılıb.

Avtomobilin yük yeri yol kənarında dayanan “Land Rover” markalı maşına dəyib.

Qəza nəticəsində “KIA” markalı avtomobilin sürücüsü R.Abdullayev qol və ayaq nahiyyəsinin sınığı diaqnozu ilə xəstəxanaya aparılıb.

“Ford” markalı yük avtomobilinin sürücüsü isə açıq kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qəzaya uğramış minik və yük maşını deformasiyaya uğrayıb.

Hadisə nəticəsində əraziyə mühərrik yağı, dizel dağılıb və işıqfor işləməyib.

Buna görə də yol patrul xidmətinin əməkdaşları nəqliyyatın hərəkətini tənzimləyib.

Yük avtomobilinin çırpıldığı binanın rabitə naqilləri qırılıb.

Əraziyə Nəsimi Rayon Polis İdarəsinin təhqiqatçıları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib.

BAKU.WS
QALEREYA