SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəmkir rayonunun Qasımalılar kəndində minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb, xəsarət alanlar var.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hərəkətdə olan minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılması nəticəsində 2001-ci il təvəllüdlü A.Zalov, 2004-cü il təvəllüdlü M.Cəfərova, 1986-cı il təvəllüdlü G.Cəfərova, 2004-cü il təvəllüdlü A.Orucova və 2008-ci il təvəllüdlü G.Cəfərova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan A.Zalovun və M.Cəfərovanın vəziyyəti orta-ağır, digərlərinin vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS